"Yuventus" PSV-nin yarımmüdafiəçisini transfer etdi

18:17 - 31 Avqust 2021

İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi PSV-nin yarımmüdafiəçisi Məhəmməd Amine İhattareni rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, PSV-nin yetirməsidi. O, son mövsümdə Niderland təmsilçisinin heyətində meydana çıxdığı 29 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti