İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Barselona"nın müdafiəçisi Emerson Royalı heyətinə cəlb edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi Braziliya millisinin üzvü üçün "Barselona"ya 25 milyon avro ödəyib. 22 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Futbolçu yeni klubunda 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Emerson Royal ötən mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 38 oyunda 2 qol, 4 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
