Tanınmış futbolçu aşağı liqa klubunda

10:25 - 1 Sentyabr 2021

“Arsenal” və İngiltərə milli komandasının üzvü Cek Uilşir məşqsiz qalmamaq üçün İtaliya klubunun düşərgəsinə yollanıb.

Sportal.az xəbər verir ki, ingilis futbolçu B seriyasında çıxış edən “Komo”nun məşqlərinə qatılıb.

Qaydalara görə Uilşir “Komo”da oynamaq üçün sifariş edilə bilməz. Hələ ki, klubsuz qalan futbolçunun karyerasını harada davam etdirəcəyi dəqiq deyil.

​“Arsenal”ın 29 yaşlı sabiq üzvü “Bolton”, “Bornmut”, “Vest Hem” klublarında oynayıb.

Xəbər xətti