Falkao "Qalatasaray"dan getdi

10:38 - 1 Sentyabr 2021

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Radamel Falkao ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kolumbiyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

35 yaşlı hücumçu karyerasını İspaniyanın "Rayo Valekano" klubunda davam etdirəcək.

 

Qeyd edək ki, Falkao "Qalatasaray"a 2019-cu ildə "Monako"dan transfer olub. O, "cim bom"un heyətində meydana çıxdığı 43 oyunda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti