Qrizmann "Atletiko"ya qayıtdı

11:33 - 1 Sentyabr 2021

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Barselona"dan Antuan Qrizmannı heyətinə cəlb edib. Fransa millisinin üzvü 1 il müddətində iczrə əsasında "Atletiko"da çıxış edəcək.

 

Qeyd edək ki, Qrizmann "Barselona"ya 2019-cu ilin yayında "Atletiko"dan keçib. 30 yaşlı hücumçu Kataloniya təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 51 oyunda 20 qol və 13 asistlik performans göstərib.

Xəbər xətti