"Real" Fransa millisinin üzvünü transfer etdi

12:59 - 1 Sentyabr 2021

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az istinadən xəbər verir ki, Madrid təmsilçisi Fransanın "Renn" komandasından Eduardu Kamavinqanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

"Kral klubu" 19 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalayıb. Fransalı oyunçunun keçidi üçün 40 milyon avro təzminat ödənilib.

 

Qeyd edək ki, "Renn"in yetirməsi olan Kamavinqa Fransanın əsas millisində 3 oyuna 1 qol vurub.

Xəbər xətti