Koronavirusa yoluxan şahmatçımız üçün Avropa çempionatı erkən bitdi

13:26 - 1 Sentyabr 2021

İzlandiyanın paytaxtı Reykjavik şəhərində 26 avqust tarixində başlamış şəxsi Avropa Çempionatında şahmatçılar artıq 5 turu arxada qoyub.

 

Sportal.az xəbər verir ki, İsveçrə sistemi ilə 11 turda keçirilən birincilik sentyabr 5-də başa çatacaq. Yarışda ölkəmiz 6 şahmatçı ilə təmsil olunurdu. Lakin 3-cü turdan sonra şahmatçımız Vasif Durarbəylinin kovid testi pozitiv çıxdıqdan yarışa davam edə bilməyib.

 

Qeyd edək ki, eyni səbəblə daha bir necə şahmatçı yarışı yarıda saxlamağa məcbur olublar.

Xəbər xətti