Türk klubundan imtina etdi, İngiltərəyə yollandı

14:09 - 1 Sentyabr 2021

“Everton” heyətini Venesuela millisinin forvardı ilə gücləndirib.

Sportal.az xəbər verir ki, ingilis klubu Salomon Rondonu transfer edib. “Dalya Pro”dan sonra klubsuz qaldığına görə təcrübəli hücumçu ingilis klubuna azad agent kimi keçib.

Əvvəllər də İngiltərə Premyer Liqasında oynamış forvard “Vest Bromviç” və “Nyukasl” üçün mübarizə aparmışdı. “Rizəspor”a keçəcəyi gözlənilən Rondon “Everton”la 2 illik müqaviləyə qol çəkib.

Xəbər xətti