İstanbulun "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" İngiltərənin "Brentford" klubundan Halil Dərvişoğlunu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin üzvü icarə əsasında mövsümün sonuna kimi "cim bom"da çıxış edəcək. "Qalatasaray" buna görə Premyer Liqa klubuna 1 milyon avro ödəyəcək. Türkiyə təmsilçisi 7 milyon avro ödəməklə gənc hücumçunu birdəfəlik almaq hüququna malikdi.
Qeyd edək ki, Halil Dərvişoğlu son mövsümün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, Super Liqada meydana çıxdığı 12 oyunda 3 qol, 2 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
