Ronaldo: "Kluba yaxşı nəticə qazandırmaq üçün bura gəlmişəm"

16:30 - 1 Sentyabr 2021

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Ule Qunnar Sulşerlə olan münasibətindən danışıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu komandaya geri dönməsinin səbəbini də açıqlayıb:

"Sulşerlə çox yaxşı münasibətimiz var. Kluba yaxşı nəticələr qazandırmaq üçün gəlmişəm. Baş məşqçi də mənə istənilən vəziyyətdə etimad göstərə bilər. Hər şey üçün hazıram".

Xəbər xətti