"Qarabağ"ın rəqibi Nigeriya millisinin üzvü ilə gücləndi

17:42 - 1 Sentyabr 2021

Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Omoniya" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzohonu rənglərinə bağlayıb. Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.

 

Nigeriya milli komandasının üzvü ilə 3 illik müqavilə imzalanıb.

 

“Qarabağ”la “Omoniya” arasında ilk oyun sentyabrın 30-da Nikosiyada, cavab görüşü isə noyabrın 25-i Bakıda keçiriləcək.

Xəbər xətti