Ronaldo Bakıya gəlməyəcək

10:22 - 2 Sentyabr 2021

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Bakıda Azərbaycana qarşı keçirəcəkləri dünya çempionatının seçmə mərhələ oyununu buraxacaq.

Sportal.az xəbər verir ki, buna 36 yaşlı hücumçunun evdə İrlandiyaya 2:1 hesabı ilə qalib gəldikləri seçmə mərhələ matçında sarı vərəqə görərək, cəzalı duruma düşməsi səbəb olub.

Matçda dubl edən təcrübəli forvard ikinci qoldan sonra formasını çıxardığı üçün sarı vərəqə ilə cəzalandırılıb.

​Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlayacaq.

Xəbər xətti