MDB Oyunları: İdmançılarımız mübarizəyə başlayır

10:48 - 2 Sentyabr 2021

Bu gün Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında mübarizəyə başlayacaq.

Sportal.az xəbər verir ki, öncə kişi boksçularımız mübarizə aparacaq.

Döyüşlər Bakı vaxtı ilə saat 13:00-da start götürəcək. Ramal Yolçuyev(46 kq) Temirxan Daniyarovla (Qırğızıstan) döyüşəcək.

Tağı Nəsibov (48 kq) Vadzim Viaçerskiylə (Belarus), İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Vladislav Kuznetsov(Belarus) ilə döyüşəcək.

I MDB Oyunlarının sentyabrın 4-də rəsmi açılışı olacaq. Sentyabrın 11-də isə yarışa yekun vurulacaq.

Xəbər xətti