"Çelsi"nin aparıcı futbolçusu Nqolo Kante Fransa millisinin düşərgəsində zədələnib.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçunun sol ayaq biləyində zədə aşkarlandığı üçün yığmadan ayrılıb.
Məhz bu səbəbdən o, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində dünən Bosniya və Herseqovinaya qarşı keçirilən matçda iştirak etməyib. Onun Ukrayna matçında da meydanda olmayacağı dəqiqdi.
