Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla qarşılaşan yığmamız meydandan məğlubiyyətlə ayrıldı.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Ruslan Qurbanov həmin məğlubiyyətə biganə qalmayıb və şəxsi instaqram hesabında Robert Prosineçi ilə bağlı paylaşım edib. Qurbanov, paylaşımında bu cür yazıb:
"Azərbaycan millisində çatışmayan məhz bu insandı. Şəxsi fikrim belədi. Ona görə yox ki, məhz onun rəhbərliyi altında millidə oynamışam, sadəcə o, əsl məşqçidi”.
