İsveçrə millisinin kapitanı Qranit Caka millinin düşərgəsində koronavirusa yoluxub.
Sportal.az xəbər verir ki, “Arsenal”ın futbolçusunun COVİD-19 testi pozitiv çıxıb. Karantinə alınan Caka məhz buna görə Yunanıstana qarşı keçirilən yoxlama görüşündə meydana çıxmayıb.
Onun 3 gün sonra İtaliyaya qarşı keçiriləcək matçda da meydanda olmayacağı dəqiqdi.
