Fransalı "Barselona"da qalacaq

14:09 - 2 Sentyabr 2021

Osman Dembele “Barselona” ilə müqaviləsini yeniləməyə razılıq verib.

Sportal.az xəbər verir ki, 24 yaşlı fransalı futbolçunun hazırkı müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulub.

Onunla yeni 2 illik müqavilə imzalanılacaq. Amma futbolçu yeni müqaviləyə əsasən indikindən daha az maaş alacaq.

Bununla yanaşı futbolçu klubun maddi anlamda yaxşı günlər yaşamadığını anlayışla qarşılayaraq indiki maaşının azaldılmasına da razılıq verib. 

Xəbər xətti