Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandalar tarixində yeni rekorda imza atdı.
Sportal.az xəbər verir ki, portuqaliyalı ulduz milli səviyyəsində ən çox qol vuran futbolçu ünvanına sahib çıxıb. Ronaldo rekordla bağlı şəxsi instaqram hesabında bunları deyib: "Söz tapmaq çətindi. Şadam. İrəli Portuqaliya, irəli!
Bu rekord mənim üçün xüsusidi. Bununla doğurdan da qürur duyuram. Çünki millidə çıxış etmək xüsusidi. Əli Daeyə təşəkkür etmək istəyirəm. Hansı ki, mənə dəstək oldu və hörmət göstərdi. Hətta bir anlıq onun rekordunu heç vaxt qıra bilməyəcəyimi düşünməyə başlamışdım. Təşəkkürlər, Portuqaliya. Hər kəsə təşəkkür edirəm, amma mən hələ bitirməmişəm”.
