“Fənərbaxça” daha iki transfer reallaşdırıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Köln” klubundan ayrılan Maks Meyer və Avstriyanın “Zalsburq” klubunun hücumçusu Mergim Berişanı heyətinə qatıb. Hər iki futbolçu müqavilə imzalamaq üçün İstanbul gəliblər.
Meyer "Köln"lə yanaşı "Şalke" və "Kristal Pelas" klublarında da çıxış edib. 25 yaşlı yarımmüdafiəçi Almaniya millisində 4 oyun keçirib.
Berişa "Zalsburq"a 2020-ci ildə "Altax"dan keçib. 23 yaşlı Kosovo əsilli hücumçu Almaniyanın U-21 millisinin üzvü olub.
saytlarin hazirlanmasi
