Millimizin qapıçısı ən yaxşılar arasında

10:08 - 3 Sentyabr 2021

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda oyunlarından sonra futbolçuların statistik göstəriciləri açıqlayıb.

Sportal.az xəbər verir ki, qapıçılar arasında ilk sırada San Marino millisinin üzvü Elia Benedetti liderdir - 22 seyv.

Sıralamanın ikinci pilləsində isə Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevdi. O, 4-cü turda Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda 2 seyv edib.

27 yaşlı qapıçı əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 seyvlə yadda qalıb.

Xəbər xətti