"Messi karyerasını "Barselona"da bitirəcək"

13:52 - 3 Sentyabr 2021

“Barselona” və Argentina millisinin sabiq üzvü Xuan Roman Rikelme Lionel Messi haqda danışıb.

Sportal.az xəbər verir ki, Rikelme argentinalı ulduzun “Barselona”ya qayıdacağına inandığını bildirib: “Ümid edirəm ki, Messi Parisdə qalmaqdan zövq alacaq. Bəlkə də qəribədi, amma biz hamımız onun Mbappe və Neymarla oynamaqdan zövq alacağını gözləmək istəyirik.

​Əgər onlar Çempionlar Liqasını bu dəfə qazana bilməsələr, heç vaxt edə bilməyəcəklər. Məncə, Messi PSJ-nin heyətində Çempionlar Liqasını qazanacaq və karyerasını “Barselona”da bitirəcək”.

Xəbər xətti