Tokio-2020: Azərbaycan üçün növbəti qızıl medal

14:05 - 3 Sentyabr 2021

Azərbaycanın para-üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

 

Sportal.az xəbər verir ki, Roman 100 metr məsafəyə batterflay üsulunu 57.81 saniyəyə üzərək bütün rəqiblərini qabaqlayıb.

 

Bu, Azərbaycanın paralimpiadada 12-ci, Saleyin isə 3-cü qızıl medalı olub. O, daha əvvəl 100 metr məsafəyə sərbəst üsulla və arxası üstə üzmədə birinci yeri tutub.

 

Xəbər xətti