Orxan Hüseynzadə DÇ-2022 oyununa təyinat aldı

16:09 - 3 Sentyabr 2021

“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.

Sportal.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsinin E qrupunda keçiriləcək Belarus - Uels matçında UEFA nümayəndəsi olacaq.

Sentyabrın 5-də Rusiyanın Kazan şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Xəbər xətti