Fernandu Santuş: "Azərbaycanla oyun öncəsi komandanı çox yormayacağıq"

14:38 - 4 Sentyabr 2021

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş bu axşam Qətərə qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, o, Azərbaycan yığması ilə seçmə mərhələ matçı ərəfəsində komandanı çox yormayacaqlarını söyləyib:

"Qətərlə görüşdə İrlandiyaya qarşı oynayan futbolçulardan heç birinə sərbəstlik verməyəcəyik. 6 əvəzetmə imkanımız var. Azərbaycanla oyun öncəsi komandanı çox yormayacağıq".

Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Qarşılaşama saat 20:00-da başlayacaq.

Xəbər xətti