La Liqa klubu Falkaonun transferini açıqladı

16:35 - 4 Sentyabr 2021

Türkiyənin "Qalatasaray" klubundan ayrılan Radamel Falkaonun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu karyerasını İspaniya La Liqasında davam etdirəcək. 35 yaşlı forvard "Rayo Vallekano" klubuna transfer olub. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Falkao transferi ilə bağlı bunları deyib: "Rayo Vallekano"nun oyunçusu olduğum üçün çox xoşbəxtəm. Azarkeşləri görmək üçün səbrsizlənirəm".

 

Qeyd edək ki, Radamel Falkao "Qalatasaray"a 2019-cu ildə Fransanın "Monako" klubundan keçib. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti