Cəbəllütariq yığmasının qapıçısı Məhəmmədəliyevə çatdı

11:58 - 5 Sentyabr 2021

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 5-ci turunda dünən keçirilən oyunlardan sonra statistik göstəriciləri açıqlayıb.

Sportal.az xəbər verir ki, millimizin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox "seyv" edən qapıçılar siyahısında Deyl Kolinqlə (Cəbəllüttariq) birlikdə 1-ci pillədə qərarlaşıb.

O, dünən keçirilən  İrlandiyaya qarşı matçda (1:1) 4 seyv edib. Millimizin qapıçısının Məhəmmədəliyevin ümumilikdə 25 qurtarışı var.

Siyahının 3-cü pilləsində Elia Benedettini (21 seyv, San Marino) qərarlaşıb.

Xəbər xətti