Ayxan Abbasov "Trabzonspor"un baş məşqçisinə forma hədiyyə etdi - FOTOLAR

11:45 - 5 Sentyabr 2021

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov təcrübə məqsədi ilə Türkiyə Super Liqası təmsilçisi, hazırda adıçəkilən turnirin lideri olan "Trabzonspor"un düşərgəsinə yollanıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə klubunun bir neçə məşqini izləyən Abbasov daha sonra Abdullah Avcı ilə görüşüb.

Ayxan Abbasov həmkarına "Sumqayıt"ın 61 nömrəli futbolkasını hədiyyə edib.


 

 

Xəbər xətti