“Everton” və Kolumbiya milli komandasının futbolçusu Xames Rodriqes karyerasını Türkiyədə davam etdirməyə yaxındı.
Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində “Başakşəhir” komandası maraqlıdı.
İstanbul təmsilçisi artıq futbolçu ilə ilkin razılıq əldə edib və böyük ehtimalla Xames 2021/2022 mövsümünü icarə əsasında Türkiyədə keçirəcək. “Banfild”, “Porto”, “Monako”, “Real”(Madrid), “Bavariya” klublarında oynamış yarımmüdafiəçi 2020-ci ildən “Everton” forması geyinir.
