Əliyar Ağayeva növbəti təyinat

14:00 - 5 Sentyabr 2021

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.

VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassio, hakim-inspektor ingiltərəli Stefan Lodc, FIFA nümayəndəsi isə rumıniyalı Oktavian Qoqadı.

Sentyabrın 7-də Slovakiyanın paytaxtı Bratislavadakı Milli Stadionda təşkil olunacaq H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Xəbər xətti