“Roma”nın yarımmüdafiəçisi Stiven N`Zonzi yaxın günlərdə Qətərə yollanacaq.
Sportal.az xəbər verir ki, ucaboy futbolçu “Əl-Rəyyən” ilə ortaq məxrəcə də gəlib. Fransız Qətər klubu ilə 2023-cü ilə qədər müqavilə imzalayacaq. Onun “Roma” ilə daha 1 illik müqaviləsi qüvvədə olsa da, italiyalılar onu təzminat istəməyib.
32 yaşlı futbolçu “Amyen”, “Bləkbörn”, “Stok Siti”, “Sevilya”, “Qalatasaray”, “Renn” klublarında çıxış edib. 2017-ci ildən dəvət edildiyi Fransa millisində isə o, 20 oyuna çıxıb.
