Millimizdə daha bir itki

11:22 - 6 Sentyabr 2021

Azərbaycan millisi daha bir itki ilə üzləşib.  

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 4-də Dublin şəhərində təşkil olunmuş İrlandiya - Azərbaycan oyununun gedişində zədələnən Rüstəm Əhmədzadənin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Portuqaliyaya qarşı keçiriləcək matçda iştirak edə bilməyəcəyi dəqiqləşib.


​Portuqaliya yığması ilə oyuna hazırlaşan millimizin düşərgəsini daha öncə Maksim Medvedev zədə, Anton Krivotsyuk isə sarı kart limiti ilə əlaqədar tərk etmişdi.

Xəbər xətti