Dünya çempionu yeni müqavilə imzaladı

12:27 - 6 Sentyabr 2021

Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mario Götze PSV-dən ayrılmaq istəməyib.

Sportal.az xəbər verir ki, almaniyalı futbolçu Eyndhoven təmsilçisi ilə yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən 29 yaşlı yarımmüdafiəçi 2024-cü ilə qədər PSV-yə məxsus olacaq.

​DÇ-2014-ün final oyununda yeganə qolu vuraraq Almaniyaya Dünya çempionluğununu qazandıran Mario karyerası ərzində “Borussiya”(Dortmund) və “Bavariya”da oynayıb. 

Xəbər xətti