Zaqrebə 5 cüdoçu ilə

14:25 - 6 Sentyabr 2021

Sentyabrın 24-dən 26-dək Zaqrebdə keçiriləcək cüdo üzrə Qran-Pri turniri üçün Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb.

 

Sportal.az verir ki, millimiz yarış üçün 5 cüdoçu sifariş edib. Bunlar Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və İmran Yusifovdur (+100 kq).

 

Zaqreb Qran-Prisi Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra "Dünya Turu" seriyası çərçivəsində baş tutacaq ilk turnirdir.

Xəbər xətti