Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Eştoril" klubundan Migel Kresponu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Migel Krespo son mövsümdə "Eştoril"in heyətində Portuqaliya 2-ci liqasında meydana çıxdığı 30 oyunda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
