"Azərbaycanı məğlub etmək çoxlarının gözlədiyi qədər də asan olmayacaq"

10:35 - 7 Sentyabr 2021

Avstriyanın U-21 yığma komandasının baş məşqçisi Verner Qreqoroviç bu gün AVRO-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək matç haqda danışıb.

Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı qarşılaşmanın çətinliyindən söz açıb:

“Hamı bizdən bu görüşdə qələbə gözləyir. Amma bunu etmək heç də asan olmayacaq. Halbuki çoxları oyunun asan keçəcəyini düşünür. Azərbaycanı məğlub etmək çoxlarının gözlədiyi qədər də asan olmayacaq.

Komandamın son məğlubiyyətdən sonra ayağa qalxması çox önəmlidi. İstəyirəm ki, futbolçularım xarakter göstərsin. Ümidvaram ki, növbəti matçda azarkeşlər də bizimlə olacaq. Onların dəstəyi çox vacibdi".

Xəbər xətti