“Neftçi”nin yeni transferi Huqo Baştu Portuqaliya mətbuatına danışıb.
Sportal.az xəbər verir ki, “ağ-qaralar”In portuqaliyalısı DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın Portuqaliyaya qarşı keçirəcəyi oyun barədə danışıb. Bununla yanaşı, o, “Neftçi”yə keçidindən də bəhs edib:
“Düşünürəm ki, Portuqaliyanı lazımı vaxtda tərk etdim. Orada özümü artıq dəyərli hiss etmirdim və buna görə də özüm üçün yeni qapılar açmağa qərar verdim. “Neftçi”yə transfer oldum və bizim həmin ərəfədə “Olimpiakos”a qarşı oyunumuz var idi. Yunanıstandan qayıtdıqdan sonra isə xəstələndim. Vaxtımı normal keçirirdim, sadəcə evdə oturub və idman etməmək darıxdırıcı idi. Nəhayət ki, sağaldım və məşqlərə qayıdıb, daha sonra debüt etdim.
Bakı şəhəri? Əslində böyük şəhərdi və ilk təəssüratım da müsbətdi. Şəhərin böyüdüyünü, təsirli olduğunu, köhnə ilə müasirliyin qarışığına sahib olduğunu da öz gözlərinizlə görə bilərsiniz. Belədə, Bakı Dubayı xatırladır”.
Baştu Portuqaliya millisi üçün Azərbaycana qarşı oynamağın asan olmayacağını deyib:
“Milli komandamızın səviyyəsindən aşağı komandalarla oyunda bəzən bir az açılmağa meyl edirik. Xoşbəxtlikdən, canavarımız(Kriştiano Ronaldonu nəzərə tutur) İrlandiya ilə matçda özünü göstərdi. Amma Azərbaycanla oyunu buraxmaq məcburiyyətindədi. Asan oyun olmur. Azərbaycana qarşı da asan olmayacaq. Xatırlayın, tsiklin ilk görüşündə biz Azərbaycan yalnız 1:0 hesabı ilə qalib gələ bilmişdi. Aydındır ki, Portuqaliya Azərbaycandan üstündü və qalib gəlməyə borcludu. Amma İrlandiya ilə oyun da onu göstərir ki, xoşagəlməz nəticə ilə qarşılaşmamaq üçün diqqətli olmaq lazımdı. Əlimizdən gələni etsək, əlbəttə, qələbə qazana bilərik”.
saytlarin hazirlanmasi
