Qvineya millisinin üzvü Mamadu Kane “Neftçi”nin düşərgəsinə qayıda biləcək.
Sportal.az xəbər verir ki, hərbi çevriliş səbəbindən DÇ-2022-nin seçmə mərhələsinin Mərakeşlə oyunu baş tutmadıqdan sonra millinin legioner həyatı yaşayan oyunçuları klublarının düşərgəsinə qayıda bilməmişdi.
Onlar arasında Kane də var. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, Qvineya Futbol Federasiyasının rəsmiləri milli üzvlərinin tezliklə klublarına dönəcəklərini təmin edəcəklərinə dair söz verib.
Kane də daxil olmaqla qvineyalı legionerlər məhz bu gün ölkədən çıxaraq klubların düşərgələrinə qoşulacaq. “Olimpiakos” Kane ilə yanaşı Qvineya millisində yer alan digər 2 futbolçusunun da vəziyyətini ilk gündən izləyir və onların geri qayıtması üçün səfərbər olub.
