"Millidə pul üçün oynayanlar deyil, ölkə üçün ürəyi döyünənlər oynamalıdı"

16:15 - 7 Sentyabr 2021

Almaniyalı futbolçu Robert Bauer Qazaxıstan milli komandasında çıxış etməyə yaxın olub.

Sportal.az metaratings.ru saytına istinadən xəbər verir ki, alman müdafiəçi vətəndaşlığını dəyişmək üçün Qazaxıstan Futbol Federasiyasından 1 milyon avro istəyib.

Məhz bundan sonra federasiya onunla danışıqları yarımçıq dayandırılıb.

Mənbə məsələ haqda bu cür yazıb: "Qazaxıstan Futbol Federasiya millidə pul üçün oynayanlar deyil, Qazaxıstan üçün ürəyi döyünənlər oynamalı olduğunu düşündükləri üçün Bauerlə danışıqlardan imtina etdilər”.

Xatırladaq ki, futbolçu Almaniyanın U-20 yığmasında və Olimpiya millisində çıxış edib. Qazaxıstan kökənləri olan Bauer “İnqolşdat”, “Verder”, “Nürnberq”, “Arsenal”(Tula) klublarında çıxış edib. 

Xəbər xətti