"Milan" futbolçusunu rus klubuna vermədi

16:58 - 7 Sentyabr 2021

“Milan”ın futbolçusu Samuel Kastilyexo ÇSKA(Moskva) klubuna keçməyəcək.

Sportal.az xəbər verir ki, Moskva təmsilçisi ispan futbolçu üçün “Milan”a 2 dəfə təklif göndərsə də, keçid baş tutmayıb.

​“Rossonyerlər” 26 yaşlı futbolçunu icarəyə göndərmək istəməyib. Kastilyexo özü də Rusiyada oynamaqda maraqlı olmayıb. 

Xəbər xətti