UEFA qonaq komandaların azarkeşlərinə icazə verdi

17:13 - 7 Sentyabr 2021

UEFA Avrokubokların qrup mərhələsində səfər komandalarının azarkeşlərinin stadiona buraxılmasına icazə verib.

 

Sportal.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd olunub ki, səfər komandaları özləri ilə azarkeş apara bilərlər. Lakin bunun üçün ev sahibi ölkələrin də icazəsi lazım olacaq.

Xəbər xətti