"Keşlə" afrikalı futbolçu gətirir

12:16 - 8 Sentyabr 2021

“Keşlə” daha bir legioner transferinə hazırlaşır.

Sportal.az saytının məlumatına görə, yayda heyətində bir neçə dəyişiklik edən və yeni legionerlərlə güclənən klubun bu dəfəki transferi tanış futbolçusu olacaq.

Belə ki, əvvəllər Azərbaycanda, “Keşlə” forması geyinmiş Sadio Tounkara geri qaytarıla bilər. Ölkəmizdə “Xəzər Lənkəran”, AZAL, “Zirə” klublarında oynamış 29 yaşlı futbolçu hazırda klubsuzdu.

​Malili yarımmüdafiəçinin son klubu elə “Keşlə” olub. Paytaxt təmsilçisi onu geri qaytarmaq üçün hazırda danışıqlar aparır.

Xəbər xətti