"Neftçi" - "Qarabağ" matçından əvvəl itkilər

10:38 - 10 Sentyabr 2021

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Neftçi" "Qarabağ"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, ağdamlılar matça itkilərlə çıxacaq. Bədavi Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyevun oynamaycağı dəqiqdi. Kapitan Maksim Medvedevin oynaması isə sual altındadı.

​"Neftçi"də isə yalnız 1 futbolçunun oynayıb-oynamayacağı sual altındadı. Məsələ burasındadır ki, U-21 yığmamızın heyətində AVRO-2023-ün seçmə mərhələ oyunu çərçivəsində Avstriyaya qarşı görüşdə zədələnən Mert Çelikin durumu hələ ki, bəlli deyil. Onun "Qarabağ"la matçda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.

Xəbər xətti