"Messi yenidən Barselonada yaşayacağını bildirdi"

10:51 - 10 Sentyabr 2021

Argentinalı futbolçu Serxio Aquero İspaniya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu “Barselona”ya keçdiyi anlardan söz açıb:

"İş müqavilə imzalamağa çatanda bildim ki, “Barselona”nın madddi sıxıntıları var. Amma pul məsələsi məni narahat etmirdi. Sadəcə olaraq, “Barselona”da oynamaq istəyirdim. Təmsilçimə dedim ki, məsələni həll etsin. Burada oynamaq sadəcə xəyaldı. 

Danışıqlar zamanı Lionel Messi ilə danışdım. Sonradan onun komandadan getməsi məni şok etdi. İstənilən halda mən “Barselona” ilə müqavilə imzalayacaqdım. Sadəcə onunla danışanda yenidən Barselonada yaşayacağını bildirdi. Ümidvaram ki, hər şey yaxşı olacaq".

 

Xəbər xətti