“Lester” qışda heyətini İtaliya millisinin üzvü ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, İngiltərə klubu Dominiko Berardinin xidmətində maraqlıdı. Premyer Liqa klubu “Sassuola”nın üzvü ilə indidən danışıqlara başlayıb. Qışda isə “Lester” 27 yaşlı futbolçu üçün “Sassuola”ya rəsmi müqavilə təklif edəcək.
“Sassuola” onun üçün 40 milyon avro tələb edir. “Lester” rəhbərliyi isə öz növbəsində klubun həmin təzminatı ödəməyə hazır olduğunu bildirib.
