"Neftçi" 2 seneqallı futbolçunu baxışa çağırdı

16:15 - 10 Sentyabr 2021

"Neftçi" Premyer Liqanın 3-cü turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, milli komandanın oyunlarına görə çempionatda yaranmış fasilə zamanı avqustun 28-dən 30-dək 3 günlük istirahətə buraxılmış “ağ-qaralar” ayın 31-də hazırlığı bərpa edib.

Hazırda iki seneqallı futbolçu komandanın düşərgəsində baxışdadı. 18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman da məşqlərdə iştirak edirlər. Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq.

Xəbər xətti