Azərbaycanlı futbolçu ölkəmizə gəlmədi, Rusiya klubu ilə anlaşdı - FOTO

16:41 - 10 Sentyabr 2021

"Krasnodar" futbol akademiyasının yetirməsi olan Ruslan Rzayev Azərbaycana gəlməkdən yenə imtina edib.

Sportal.az saytının məlumatına görə, uzun müddətdir ki, bir neçə klubumuzun maraq dairəsində olsa da, daima Azərbaycan klublarına keçməyə müsbət yanaşmayan 1998-ci il təvəllüdlü yarımmüdafiəçi bu dəfə Krasnodarıın digər təmsilçisi "Kuban Holdinq"lə anlaşıb.

AFFA onu uşaqlıqdan aşağı yaş qruplarından ibarət yığmaya cəlb etmək istəsə də, futbolçu yığmamızda oynamaq istəməyib. Rzayev "Kuban Holdinq"ın heyətində Rusiya 2-ci liqasında mübarizə aparacaq.

Xəbər xətti