"Real" Mbappeni niyə transfer edə bilməyib?

12:43 - 12 Sentyabr 2021

"Real"ın baş məşqçisi Karlo Ançelotti fransalı futbolçu Kilian Mbappenin yayda PSJ-dən Madrid klubuna keçidinin baş tutmaması haqda danışıb.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis məsələni bu cür dəyərləndirib:

"Təəssüflənəcək məsələ yoxdu. Doğrudu, Kilian əla futbolçudu, ona uğurlar arzu edirik. Amma bizim indi də çox güclü heyətimiz var".

Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsi gələn ilin iyulun 30-da başa çatacaq.

​Bu yay “Real” fransalı gənc ulduzu heyətinə qatmaq istəsə də, PSJ heç bir təklifi qəbul etməmişdi.

Xəbər xətti