"Lester"dən "Barselona"ya

15:27 - 12 Sentyabr 2021

“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans karyerasını İspaniya Primerosunda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, belçikalı futbolçunun xidmətində “Barselona” maraqlıdı. Tilemansı “Barselona”nın baş məşqçisi Ronald Kuman sərəncamında görmək istəyir. Kataloniya təmsilçisi öncə Saul Niqezi transfer etmək istəsə də, o, “Çelsi”yə keçməyə üstünlük verib. Məhz bundan sonra Kuman Tilemansın “Barselona”ya gəlməsini istəyib.

Belçikalı futbolçunun “Lester”lə müqaviləsi 2023-cü ildə başa çatır. 

Xəbər xətti