Namik meydana çıxmadı, "Bursaspor" uduzdu

10:03 - 13 Sentyabr 2021

Türkiyə 1-ci divizionunda 4-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" növbəti oyununa çıxıb.

Namikin komandası səfərdə “Altınordu” ilə üz-üzə gəlib. Ələsgərovun komandası 1:2 hesabı ilə uduzub.

Millimizin forvardı bu matçda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb. "Bursaspor" 4 turdan sonra 1 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti