Yeni transfer debütdə qol vurdu, 2-ci ən gənc oldu

10:16 - 13 Sentyabr 2021

Dünən İspaniya Primerosunun 4-cü turu çərçivəsində “Real” evdə “Selta”nı 5:2 hesabı ilə darmadağın edib.

Sportal.az xəbər verir ki, madridlilərin 4-cü qoluna komandanın yeni transferi Eduard Kamavinqa imza atmış olub.

Kamavinqa vurduğu qolla “Real”ın son 20 illik tarixində debüt matçında fərqlənən 2-ci ən gənc kimi tarixə keçib. Fransalı 18 yaş 306 günlüyündə “kral klubu”nda fərqlənmiş olub.

"Real"da debüt matçındaca fərqlənmiş ən gənc futbolçu isə Rodriqodu. O, 2019-cu ildə 18 yaş, 259 günlüyündə meydana çıxdığı ilk oyunda "Real"da qol hesabını aça bilmişdi. 

Xəbər xətti